×
A
A
A
Sazlamalar

Floridanın hakimiyyət orqanları ştat sakinlərini “İan” tropik fırtınasına hazırlaşmağa çağırıb

Vaşinqton, 26 sentyabr, AZƏRTAC

ABŞ-ın Florida ştatının sakinləri getdikcə güclənərək qasırğaya çevrilən və daha sonra Kubanın qərbini cənginə alacaq “İan” tropik fırtınasına hazırlaşırlar.
AZƏRTAC ABŞ Milli Qasırğalar Mərkəzinin bəyanatına istinadla xəbər verir ki, “İan” özü ilə güclü küləklər gətirəcək, dalğaların hündürlüyü 4 metrə çatacaq.
Çərşənbə axşamından sonra fırtınanın dəqiq marşrutunun necə olacağı məlum deyil: ötən cümə günü Karib dənizinin mərkəzi hissəsində başlanan təbii hadisə bu həftənin sonunda ABŞ-a çatacaq, lakin qasırğanın ABŞ-ın hansı kontinental hissəsini ələ alacağı və nə dərəcədə güclü olacağı barədə fikir söyləmək hələ tezdir.
Mərkəzin məlumatına görə, fırtına bazar günü axşam güclənməyə başlayıb, o vaxt küləyin sürəti saatda 90 kilometrə çatıb.
Sahilboyu rayonların əhalisinə tropik fırtına barədə birinci xəbərdarlıq bazar günü verilib. Bu, əsasən Florida-Kis yaşayış məntəqələrinə aid edilir. Meteoroloqların proqnozuna görə, 3 gündən sonra fırtına Meksika körfəzinin şərq hissəsi üzərində dördüncü kateqoriyaya yüksələcək, daha sonra, Floridaya çatmazdan əvvəl zəifləyəcək.
AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2022-09-26 15:14:00