×
A
A
A
Sazlamalar

İjevsk məktəbində qətliam törədən şəxsin kimliyi məlum olub VİDEO

Moskva, 26 sentyabr, AZƏRTAC

Rusiyanın İjevsk şəhərindəki məktəbdə qətliam törədən şəxs həmin təhsil ocağının məzunudur.
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da səhər İjevsk şəhərindəki 88 saylı məktəbdə odlu silahdan atəş açaraq 13 nəfəri qətlə yetirən şəxs həmin təhsil ocağının məzunu, 34 yaşlı Artyom Kazantsevdir.
Hazırda onun evində axtarış aparılır, neofaşist hərəkatı ilə əlaqəsi olub-olmadığı müəyyən edilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2022-09-26 15:04:00

Video