×
A
A
A
Sazlamalar

Dövlət qulluğu vəzifələri üzrə test imtahanı vermək üçün 556 nəfər qeydiyyatdan keçib

Bakı, 26 sentyabr, AZƏRTAC

Dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə oktyabrın 16-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 6-sı saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək. İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq. Bu gün saat 13:55-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 556 (BA - 141, BB - 414) nəfər qeydiyyatdan keçib.
Xatırladaq ki, imtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və ödəniş üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Elm və təhsil 2022-09-26 14:14:00