×
A
A
A
Sazlamalar

İntellektual oyunun qalibi “Zəfər” komandası olub

Şahbuz, 26 sentyabr, AZƏRTAC

Muxtar respublikanın Şahbuz rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zəfər yolu - 44” devizi altında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən intellektual oyunda 25 şagird iştirak edib. Yekun nəticəyə əsasən, 15 xalla “Zəfər” komandası rəqiblərini üstələyərək qalib adını qazanıb. “Dəmir yumruq” komandası 14 xalla 2-ci yerin, “Şuşa” komandası isə 11 xalla 3-cü yerin sahibi olub.
Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən oyunun qalib komandalarına və komanda üzvlərinə diplomları təqdim edilib.

 

 

Regionlar 2022-09-26 14:03:00