×
A
A
A
Sazlamalar

Udmurtiyada məktəb faciəsi ilə bağlı matəm elan olunub

Moskva, 26 sentyabr, AZƏRTAC

Rusiyanın Udmurtiya Respublikasında məktəbdə baş vermiş faciə ilə əlaqədar üçgünlük matəm elan olunub.
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da səhər İjevsk şəhərindəki 88 saylı məktəbdə naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində həlak olanların sayı 13 nəfərə yüksəlib, onlardan yeddisi uşaqdır. Hadisə nəticəsində 21 nəfər, o cümlədən 14 uşaq yaralanıb.
Atəş açan şəxs özünü güllə ilə vuraraq intihar edib. Onun kimliyi hələlik məlum deyil.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2022-09-26 13:41:00