×
A
A
A
Sazlamalar

Litvanın Ukraynadan yeni qaçqınları qəbul etmək imkanları tükənib

Bakı, 26 sentyabr, AZƏRTAC

Litvanın ukraynalı qaçqınları öz ərazisində yerləşdirmək imkanları demək olar ki, tükənib. Boş obyektlər arasında yalnız istiliyi və kanalizasiyası olmayan məktəb binaları qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın özünüidarə qurumları assosiasiyasının prezidenti Mindauqas Sinkyaviçyus LRT radiosunun efirində deyib. Onun sözlərinə görə, yaşayış üçün obyektlərin inşası üçün büdcədə nəzərdə tutulmayan vəsaitə ehtiyac var.
Litvanın hakimiyyət orqanları isə öz növbəsində qaçqınları yerləşdirmək üçün Avropa Komissiyasından 1,2 milyon avro məbləğində maliyyə yardımı tələb etmək niyyətindədir.
Ölkənin statistika departamentindən bildiriblər ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan bəri Litva 66,1 min ukraynalı qaçqını qəbul edib. Vilnüsün məlumatına görə, Litva əhalinin sayına nisbətdə qəbul edilən qaçqınların sayına görə Avropa İttifaqının üzvləri arasında liderlərdən biridir.

Dünya 2022-09-26 12:25:00