×
A
A
A
Sazlamalar

Şəki şəhəri rəhbərliyi yaralı hərbçiləri ziyarət edib, ailələrinə baş çəkib

Şəki, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki Şəhər İcra Hakimiyyətinin və YAP Şəki şəhər təşkilatının nümayəndələri Ermənistan silahlı qüvvələrinin son təxribatları nəticəsində yaralanan və hazırda Bakı və Gəncə şəhərlərindəki tibb müəssislərində müalicə olunan hərbçilərə baş çəkib, onların səhhəti ilə maraqlanıb, maddi və mənəvi dəstək olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, şəhər rəhbərliyi və YAP Şəki şəhər təşkilatının nümayəndələri, həmçinin yaralı hərbi qulluqçuların ailələri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb, ailələrə ərzaq yardımı ediblər.

 

 

Regionlar 2022-09-26 12:17:00