×
A
A
A
Sazlamalar

"Əbədi yaşayanlar" adlı layihəyə start verilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası "Əbədi yaşayanlar" adlı Vətən müharibəsi şəhidlərinə həsr olunan yeni layihəyə başlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində kitabxana əməkdaşları silsiləvi şəkildə hər bir şəhidin həyat yoluna nəzər salan videomateriallar hazırlayıb təqdim edəcəklər.
Layihədə ilk bəhs olunan şəhid Birinci Qarabağ müharibəsi qəhrəmanı Mehman Salman oğlu Quliyevdir.
Mehman Salman oğlu Quliyev 1973-cü ildə Ağdam rayonunun Keştazlı kəndində anadan olub. Söyüdlüqol orta məktəbini bitirib. Onun arzusu mühəndis olmaq idi. Mehman Quliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmağa hazırlaşıb. O, "N" saylı hərbi hissədə xidmət edib. Döyüş təlimini başa vuraraq qaynar nöqtələrə yollanıb. Şelli, Mərzili, Gülablı, Abdal, Novruzlu döyüşlərində igidliklə vuruşub. 1993-cü ilin avqustun 15-də Ağdamın Qaradağlı kəndi uğrunda gedən şiddətli döyüş zamanı qəhrəmancasına şəhid olub.
Bərdə rayonu Güloğlular kənd Şəhidlər xiyabanında dəfn edilib.

 

Mədəniyyət 2022-09-26 12:10:00