×
A
A
A
Sazlamalar

Şəhid məzarları ziyarət olunub

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialının əməkdaşları sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın məzarını ziyarət ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ziyarətdə iştirak edən şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları qəhrəman vətən övladları ilə bağlı xatirələrini bölüşüblər.
Kitabxana filialının müdiri Mətanət Qasımova çıxış edərək bildirib ki, torpağı qanı ilə vətən edən oğullarımız daim qəlblərdə yaşayacaq və qürurla xatırlanacaq.

 

Mədəniyyət 2022-09-26 11:45:00