×
A
A
A
Sazlamalar

TƏBİB: Bakı-Qazax avtomobil yolundakı qəzada xəsarət alanlara zəruri tibbi yardım göstərilir

Bakı, 26 sentyabr, AZƏRTAC

Bakı-Qazax avtomobil yolundakı yol-nəqliyyat hadisəsi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Səhiyyə 2022-09-26 11:15:00