×
A
A
A
Sazlamalar

Anım Günü ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanları ziyarət olunub

Bakı, 26 sentyabr, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar ulu öndər Heydər Əliyevin məzarına, Şəhidlər xiyabanına və İkinci Şəhidlər xiyabanına ziyarət təşkil olunub.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, ziyarətdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Müşahidə Şurasının üzvləri, Agentliyin əməkdaşları, qeyri-hökumət təşkilatlarının 500-ə yaxın nümayəndəsi iştirak ediblər.
Ziyarət iştirakçıları ümummilli lider Heydər Əliyevin, ərazi bütövlüyümüzün qorunması və bərpası uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə gül dəstələri qoyublar.
Bildirilib ki, dünya hərb tarixinə həkk olunan misilsiz şücaətlər nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Cəmiyyət 2022-09-26 11:21:00