×
A
A
A
Sazlamalar

Rusiyada səfərbərlik üzrə çağırılan şəxs hərbi komissarı güllələyib

Moskva, 26 sentyabr, AZƏRTAC

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlıqda atışma baş verib.
AZƏRTAC xəbər verir ki, yerli sakin Ruslan Zimin tüfəngdən 6 dəfə atəş açaraq hərbi komissarlığın rəisi Aleksandr Yeliseyevi yaralayıb. Hadisə səfərbərlik üzrə çağırılan şəxslərə təlimat keçirilən zaman baş verib.
R.Zimin saxlanılıb. Onun psixoloji ekspertizadan keçiriləcəyi bildirilir.
Hərbi komissarlığın rəisi A.Yeliseyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, cərrahiyyə əməliyyatından sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2022-09-26 10:45:00