×
A
A
A
Sazlamalar

Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketi tətbiq edə bilər

Bakı, 26 sentyabr, AZƏRTAC

Nüvə energetikası və neftin qiymət tavanı çox güman ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq edəcəyi növbəti sanksiyalar paketində yer almayacaq.
AZƏRTAC xəbər verir ki, Euractiv portalı bu barədə Avropa İttifaqındakı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Avropanın bir sıra ölkələri nüvə energetikasına qoyulan məhdudiyyətlərin Avropada bəzi atom elektrik stansiyalarının fəaliyyətinə mane ola biləcəyindən ehtiyatlanır. Bundan başqa, Macarıstan “Pakş” II atom elektrik stansiyasının tikintisində Rusiya ilə əməkdaşlıq etdiyinə görə yeni sanksiyaların qarşısını ala bilər. Bundan başqa, neft qiymətlərinin məhdudlaşdırılması ideyası da Avropa İttifaqında yekdil dəstəyə malik deyil. Lakin əvvəllər brilyanta qarşı sanksiyaların tətbiqinə etiraz edən Belçika onların yeni paketə daxil edilməsinə razılıq verə bilər.
Qeyd edək ki, Avropa Komissiyası bu həftə Rusiyaya qarşı növbəti sanksiyalar paketini rəsmən təqdim edə bilər. Məhdudiyyətlərin oktyabrın ortalarında Avropa ölkələrinin xarici işlər nazirlərinin görüşünədək təsdiqlənəcəyi gözlənilir.

 

 

Dünya 2022-09-26 11:05:00