×
A
A
A
Sazlamalar

Sabirabadda avtomobil aşıb, sürücü xəsarət alıb VİDEO

Sabirabad, 26 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabadda baş verən qəza zamanı avtomobil aşıb, sürücü ağır xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi ötən gün saat 23 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Şəhriyar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sabirabad rayonunun Nərimankənd kənd sakini, 1973-cü il təvəllüdlü Cəfərov Ağabala Bəybala oğlu idarə etdiyi “Naz Lifan” markalı avtomobillə hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və avtomobil aşıb. Qəza nəticəsində sürücü ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2022-09-26 10:49:00

Video