×
A
A
A
Sazlamalar

Şamaxıda Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan cüdo idman növü üzrə turnir keçirilib

Şamaxı, 26 sentyabr, AZƏRTAC
Şamaxı Olimpiya Mərkəzində Vətən müharibəsi şəhidi Naiq Ələkbərovun xatirəsinə həsr olunan yeniyetmələr arasında cüdo turniri keçirilib. Rayon icra hakimiyyətinin, idman və gənclər idarəsinin, “Qəbələ” idman klubunun təşkilatçılığı ilə keçirilən turnirdə respublikamızın müxtəlif şəhər və rayonlarından 270 nəfər idmançı iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin açılışı mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov, "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov, Vətən müharibəsi Şəhidi Naiq Ələkbərovun atası Faiq Ələkbərov, rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şamaxı rayon şöbəsinin zabiti Cavid Dadaşov çıxış edib, idmançılara uğurlar arzulayıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda mükafatlandırma mərasimi olub. Qalib gələn idmançılar müvafiq diplom və medallarla təltif ediliblər.

Regionlar 2022-09-26 10:46:00