×
A
A
A
Sazlamalar

Akademik Akif Əlizadə: Magistrantların təhsillə bağlı problemlərinin həlli üçün bütün imkanlardan istifadə olunacaq

Bakı, 26 sentyabr, AZƏRTAC

Geologiya və Geofizika İnstitutunun (GGİ) baş direktoru akademik Akif Əlizadə müəssisənin I kurs magistrantları ilə görüş keçirib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Akademik Akif Əlizadə magistraturaya qəbul olmuş gənc tədqiqatçıları təbrik edib, gənclərə institutun yaranma tarixi, geologiya və geofizika sahəsində böyük nailiyyətləri olan görkəmli elm xadimləri haqqında məlumat verib. Həmçinin GGİ-də aparılan elmi tədqiqatlarda aparıcı alimlərlə yanaşı, gənclərin də iştirakını xüsusi vurğulayıb. Akademik bildirib ki, gələcəyimiz olan magistrantlardan, ilk növbədə, elmi biliklərini daim inkişaf etdirmək tələb olunur. Bunun üçün müəssisənin tədqiqat işlərində aktiv və məhsuldar fəaliyyət üçün geniş imkanlardan bacarıqla bəhrələnmək lazımdır.
A.Əlizadə, həmçinin magistratura təhsilinin təşkili, əldə edilən uğurlar və institutun rəhbərliyi tərəfindən magistrantlara göstərilən diqqət və qayğıdan danışıb, fərdi tanışlıq əsnasında gənclərin maraq sahələrini öyrənib, suallarını cavablandırıb. Baş direktor əmin edib ki, elmi müəssisənin rəhbərliyi gənclərin təhsillə bağlı problemlərinin həlli üçün bütün imkanlardan istifadə edəcək.

Elm və təhsil 2022-09-26 10:42:00