×
A
A
A
Sazlamalar

Cəlilabad və Saatlı rayonlarında ağac və kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkarlanıb

Bakı, 26 sentyabr, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Cəlilabad və Saatlı rayonlarının ərazilərində ağac və kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkar edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ağac və kol bitkilərinin Cəlilabad rayonunda “Encom Construction” QSC, Saatlı rayonunda isə fiziki şəxs Rasif Məmmədov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 18 min 200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Ekologiya 2022-09-26 10:26:00