×
A
A
A
Sazlamalar

FHN: Xilasedicilər binanın üçüncü mərtəbəsindən yıxılan vətəndaşa kömək edərək təcili tibbi yardım briqadasına təhvil veriblər

Bakı, 26 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunun 20 Yanvar küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında bir nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2009-cu il təvəllüdlü vətəndaş ehtiyatsızlıqdan beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb birinci mərtəbənin eyvanının artırma hissəsinin beton örtüyünün üzərinə düşərək köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə vətəndaşı aşağı düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

 

 

Cəmiyyət 2022-09-26 09:56:00