×
A
A
A
Sazlamalar

DİN: Ölkə ərazisində qeydə alınan 113 cinayətin açılması təmin olunub

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 113, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarılan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən beş yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 69, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb.

 

Hadisə 2022-09-26 09:37:00