Füzuli rayonunun Yuxarı Rəfədinli kəndi
Bakı, 26 sentyabr, AZƏRTAC
Füzuli rayonunun Yuxarı Rəfədinli kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradan rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 22-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Yuxarı Rəfədinli kəndinin görüntülərini təqdim edir.
Anım Günü ərəfəsində Qəbələdə şəhid ailələri ziyarət olunur
Günəbaxan sahələrində məhsuldarlıq artıb
Şəkidə tütünçülük sahəsində iki mindən çox sakinin məşğulluğu təmin olunub