Fərid Qayıbov Şəki Olimpiya İdman Kompleksində keçirilən “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində olub
Bakı, 25 sentyabr, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov Şəki Olimpiya İdman Kompleksində keçirilən “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində olub.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin tarixi əhəmiyyətini qeyd edən nazir gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusi diqqətdə saxlanıldığını bildirib.
Nazir Vətən müharibəsinin 2-ci ildönümü ərəfəsində belə bir düşərgənin keçirilməsinin vacibliyini vurğulayıb, bu tip düşərgələrin həm qış, həm də yay aylarında daimi olaraq təşkil ediləcəyini bildirib.
Tonqal ətrafında gənclərlə maraqlı söhbətlər aparılıb, gənclərin düşərgə barədə təəssüratları, fikir və təklifləri dinlənilib. Sonra düşərgənin bağlanışı olub, gənclər nümunəvi çıxış ediblər.
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub