×
A
A
A
Sazlamalar

Tərtərdə şəhidlərin xatirəsinə ucaldılmış abidə və bulaqların ətrafında təmizlik işləri aparılıb

Tərtər, 25 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

27 sentyabr - Anım Günü ərəfəsində Tərtərdə şəhidlərin xatirəsinə ucaldılmış abidə və bulaqların ətrafında təmizlik işləri aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, Olimpiya İdman Kompleksinin əməkdaşları, N saylı hərbi hissənin əsgərləri və könüllülər şəhər ərazisində yerləşən Şəhidlər Abidə Kompleksində, Milli qəhrəmanlar Vəzir Orucov və Elman Hüseynovun abidələrinin, şəhidlərin adına inşa edilmiş bulaqların, xatirə lövhələrinin ətrafında təmizlik və abadlıq işləri həyata keçiriblər.

Regionlar 2022-09-25 13:02:00