×
A
A
A
Sazlamalar

Goranboyun kənd və qəsəbələrinə elektrik enerjisinin verilməsi bərpa olunub

Bakı, 25 sentyabr, AZƏRTAC

Goranboyun kənd və qəsəbələrinə elektrik enerjisinin verilməsi bərpa olunub.
"Azərişıq" ASC-dən AZƏRTAC-a bildirilib ki, enerjinin nəqlindəki fasilədən dərhal sonra təmir bərpa briqadaları əraziyə yollanıb. ASC əməkdaşlarının səyi nəticəsində bütün kəndlərin elektrik enerjisi təchizatı bərpa edilib.
Qeyd edək ki, küləkli hava şəraiti səbəbindən dünən axşam rayonun bir neçə kənd və qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranmışdı.

Regionlar 2022-09-25 10:07:00