×
A
A
A
Sazlamalar

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə aksiyası keçiriləcək

Bakı, 25 sentyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə aksiyası keçirəcək.
AZƏRTAC xəbər verir ki, AQUPDK-nin rəsmi saytına istinadla xəbər verir ki, “Erkən nikah valideyni cinayətkar edir!”, “Müdafiəsiz uşaqlarının səsi ol. Qaynar xəttə zəng et! 116-111”, “Uşaqlarımız üçün üç hə – Sevgi! Anlayış! Qayğı!”, “Uşaqlara qarşı zorakılıqla mübarizə aparaq! “Kiberzorakılığa son!”,“Kibercinayət də cinayətdir!”, “Övladının problemlərini dinlə! İntihardan qoru!” və “Uşaq əməyinə - yox! Xoşbəxt uşaqlığa – hə!” mövzusunda elektron poster və stikerlər tərtib edilib.
Hazırlanan materiallar əhalinin sıx toplaşdığı ictimai məkanlarda nümayiş etdiriləcək.

Cəmiyyət 2022-09-25 03:28:00