×
A
A
A
Sazlamalar

Nazir: Azərbaycan BMT-nin Davamlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə tam sadiqdir

Bakı, 25 sentyabr, AZƏRTAC

Biz Azərbaycan ilə bağlı BMT-nin müdafiə etdiyi prinsiplər kobud şəkildə pozulduğu zaman BMT-yə daxil olduq. BMT həmin çətin anlarda Nizamnaməsində təsbit olunmuş əsas dəyərlərin müdafiəsində Azərbaycanın yanında olub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələri çərçivəsində çıxışı zamanı bildirib.
Nazir deyib: “Azərbaycan BMT-nin Davamlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə tam sadiqdir. Bu məqsədlə biz 2030-cu ilə qədər olan yeni inkişaf strategiyasını işə saldıq. Bu strategiya öz növbəsində 2030-cu il gündəliyinə uyğunlaşdırılıb. Son bir ildə Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq baxımından daha da irəliləyib və BMT-nin 2022-ci ilədək Davamlı İnkişaf Hesabatında ilk 50 ölkə sırasında yer alıb. Azərbaycan ECOSOC-un himayəsi altında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda üç Könüllü Milli İcmal təqdim edən 12 ölkə arasındadır”.

Siyasət 2022-09-25 01:02:00