×
A
A
A
Sazlamalar

Stolüstü tennisçimiz beynəlxalq turnirin mükafatını qazanıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Wtt Youth Contender Tbilisi” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz Aylin Əsgərova 17 yaşadək idmançıların mübarizəsində qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə qalib gələrək səkkizdəbir finala adlayıb. Ardınca daha iki qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını yarımfinala yazdırıb. Finala çıxış uğrunda görüşdə isə Honkonq idmançısına uduzan Aylin Əsgərova turniri 3-cü pillədə başa vurub.
Daha iki tennisçimiz Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli də mükafatlar uğrunda mübarizəni davam etdirir.
Qeyd edək ki, oğlanların mübarizəsində Adil Əhmədzadə ilə Onur Quluzadə 3-cü yeri tutub.

İdman 2022-09-24 21:33:00