×
A
A
A
Sazlamalar

Türkiyənin təhlükəsizlik qüvvələri axtarışda olan daha üç terrorçunu zərərsizləşdirib

Ankara, 24 sentyabr, AZƏRTAC

Türkiyənin təhlükəsizlik qüvvələri dövlət sərhədi boyunca və ölkə daxilində antiterror əməliyyatlarını davam etdirir. Bu çərçivədə aviasiyanın dəstəyi ilə ölkənin şərqində daha bir uğurlu əməliyyat keçirilib.
AZƏRTAC Türkiyə Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, “Eren Abluka-34” antiterror əməliyyatı nəticəsində axtarışda olan daha üç terrorçu zərərsizləşdirilib.
Zərərsizləşdirilən “Dicle Botan” ləqəbli Hacər Suçin və “Diren Van” ləqəbli Aliyə Kiyənin ələ keçirilməsi üçün 1 milyon türk lirəsi (təxminən 55 min ABŞ dolları), “Amed Ader” ləqəbli Haticə Ay üçün isə 500 min türk lirəsi (təxminən 27.7 min ABŞ dolları) vəsait ayrılmışdır.
Bildirilir ki, bu təhlükəli cinayətkarlar antiterror əməliyyatı həyata keçirilən zaman terror aktı hazırlığında olublar.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-09-24 21:32:00