×
A
A
A
Sazlamalar

Nərimanov rayon gəncləri Hərbi Qənimətlər Parkını və İkinci Fəxri xiyabanı ziyarət ediblər

Bakı, 24 sentyabr, AZƏRTAC
Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 27 Sentyabr – Anım Günü ərəfəsində Nərimanov rayon gənclərinin Hərbi Qənimətlər Parkına və İkinci Fəxri xiyabanına ziyarəti təşkil edilib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, gənclər Azərbaycan Ordusunun düşmən hərbi texnikasını necə darmadağın etdiklərini maraqla izləyiblər.
Qeyd edilib ki, Qənimətlər Parkında düşməndən hərbi qənimət kimi götürülən 300-dən çox eksponat - hərbi avtomobillər, tanklar, toplar, raket qurğuları, eləcə də silah-sursat və s. nümayiş olunur.
Ordumuzun güc və əzmini bir daha göstərən Hərbi Qənimətlər Parkından qürurverici təəssüratlarla ayrılan gənclər, Parkın yaradılmasının Vətən müharibəsində “Dəmir yumruq” siyasəti ilə qazanılmış şanlı Zəfərin gələcək nəsillərə ötürülməsi üçün lazım olan əyani nümunələrdən biri olduğunu vurğulayıblar.
Hərbi Qənimətlər Parkına səfər gənclərin məlumatlandırılması ilə davam edib.
Sonra gənclər İkinci Fəxri xiyabanını ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin unudulmaz xatirələrini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Cəmiyyət 2022-09-24 19:19:00