×
A
A
A
Sazlamalar

Göyçaylı şagirdlər dini radikalizm və erkən nikah mövzularında maarifləndirilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Göyçay şəhəri Elton Əkbərov adına 2 saylı orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK ) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlər, dini radikalizm və erkən nikah" mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edənlər dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərərlərdən danışıblar. Dini radikalizmin qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edilib.
Natiqlər cəmiyyəti narahat edən narkomaniya, eləcə də erkən nikah kimi problemlərə də toxunublar.
Tədbir müzakirələrlə davam edib.

Cəmiyyət 2022-09-24 19:17:00