×
A
A
A
Sazlamalar

“Fiona” qasırğası 500 minə yaxın kanadalını elektriksiz qoyub

Bakı, 24 sentyabr, AZƏRTAC

“Fiona” qasırğası nəticəsində Kanadanın Yeni Şotlandiya əyalətinin 500 minə yaxın sakini elektriksiz qalıb.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, “Fiona” şiddətli leysan yağışları və güclü küləklə müşayiət olunub. Qasırğanın vurduğu ziyanın miqyası şənbə günü səhər məlum olub. Bir çox binaların dam örtüyü qopub, pəncərələri qırılıb. Ağacların qırıntıları avtomobil yollarını örtüb.
Yeni Şotlandiyanın hakimiyyət orqanları əhaliyə xəbərdarlıq ünvanlayaraq yaxın 72 saat üçün ərzaq ehtiyatı görməyə, gəzintilərdən çəkinməyə çağırıb. Şahzadə Eduard Adasının sakinləri güclü daşqınların mümkünlüyü barədə xəbərdar edilib.
Qasırğanın gücünün nisbətən azalmasına baxmayaraq, meteoroloqlar leysan yağışların və şiddətli küləyin hələ bir müddət də davam edəcəyini bildirirlər. Onlar hesab edirlər ki, bu, ölkənin tarixində ən güclü qasırğalardan biridir.

Dünya 2022-09-24 18:56:00