×
A
A
A
Sazlamalar

Praqa Ümumavropa mural sənəti festivalında iştirak edəcək

Praqa, 24 sentyabr, AZƏRTAC

Son illər Avropa şəhərlərinin küçələrində küçə sənətinin yeni fenomeni – mural-art daha möhkəm mövqe tutur.
AZƏRTAC xəbər verir ki, bu il bütün Avropa üzrə mural sənəti festivalları keçiriləcək. Bu paytaxtlardan biri Praqa olacaq.
Mural-art – binaların divarlarında irimiqyaslı rəsmlərdir. Əsasən parlaq rənglər və qeyri-adi təsvirlər sayəsində bu rəsmlər tutqun divarları xeyli cazibədar edir, eləcə də rəssamın şəhər əhlinə müəyyən ismarıclar çatdırmasına imkan verir.
Çexiya paytaxtı bu baxımdan geri qalıb. Buraya bu sənət növü nisbətən yaxınlarda - bir neçə il bundan əvvəl gəlib çatıb. Qonşu Polşada küçə sənəti rəssamları artıq uzun illərdir ki, sakinləri yeni, getdikcə daha nəfis əsərlərlə heyrətləndirirlər.
Mural-artın yaradılmasından əlavə daha bir mühüm amil bu əsər üçün yerin tapılmasıdır. İlk baxışdan bu, asan görünə bilər – bəzi tikililərin həqiqətən rənglənməsinə ehtiyac var. Lakin bundan əvvəl binanın sahibləri də daxil olmaqla, icazənin qeydə alınması kimi kifayət qədər ciddi prosedur var. Bu fikri həyata keçirmək üçün onlardan icazə əldə olunmalıdır. Sonra öz eskizini təqdim edən müəllif axtarılır. Evin sahibi də eskizlə razılaşdığını bildirməlidir. Yalnız bütün bu əziyyətlərdən sonra binanın divarında gözəl təsvir yarana bilər.
İndi Avropa ilk dəfə olaraq öz sakinlərinə bu küçə sənəti növünün əsərlərini artıq tam festival şəklində təqdim edəcək.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Mədəniyyət 2022-09-24 18:27:00