×
A
A
A
Sazlamalar

Növbəti həftə 4 rayonda sakinlərin qaz təchizatı ilə bağlı problemləri dinləniləcək

Bakı, 24 sentyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir.

İB-dən AZƏRTAC-a bildirilib ki, növbəti həftə (sentyabrın 26-27  və 29-30 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək “Azəriqaz”ın “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin 1-ci günü Xaçmaz rayonunda (Heydər Əliyev küçəsi, Zəfər Parkı), 2-ci günü Şabran rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü Quba rayonunda (Heydər Əliyev prospekti, Gənclər Parkı), 5-ci günü isə Qusar rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Regionlar 2022-09-24 18:04:00