×
A
A
A
Sazlamalar

Sumqayıt Kimya Sənaye Parkının rezidenti beynəlxalq sərgiyə qatılıb

Bakı, 24 sentyabr, AZƏRTAC

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” QSC Almaniyanın Dortmund şəhərində keçirilən, dünyanın ən böyük tütün sərgilərindən olan “InterTabac” sərgisinə qatılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 70-ə yaxın ölkənin şirkətlərinin iştirak etdiyi sərgidə “Tabaterra” QSC öz stendi ilə təmsil olunub. Stenddə şirkət tərəfindən istehsal olunan “Made in Azerbaijan” brendli məhsullar (Argo, Kingston və Senate brendləri) nümayiş etdirilib. Şirkətin stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Tabaterra” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında beynəlxalq standartlara cavab verən 80 fərqli çeşiddə tütün məmulatları istehsal edir.

Regionlar 2022-09-24 17:15:00