×
A
A
A
Sazlamalar

UNEC və türk dünyası universitetləri arasında əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov Türk Dünyası Universitetlər Birliyinin sədri Hoca Əhməd Yasəvi və Beynəlxalq Türk-Qazax Universitetinin Qəyyumlar Şurasının sədri professor Muhittin Şimşəklə görüşüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Dövlət İqtisad Universiteti və türk dünyası universitetləri arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Elm və təhsil 2022-09-24 16:54:00