×
A
A
A
Sazlamalar

Sevilən filmlərin musiqisi yeni aranjemanda ilk dəfə “Musiqili proyektor” layihəsində

Bakı, 24 sentyabr, AZƏRTAC

Oktyabrın 22-də Nizami Kino Mərkəzində “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə “Musiqili proyektor” multimedia şou layihəsi təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, “Musiqili proyektor” multimedia şousunda “Avanqard” kamera orkestrinin ifasında Azərbaycan və dünya kinematoqrafiyasının ən sevilən film və cizgi filmlərinin musiqisi yeni aranjemanda ilk dəfə olaraq tamaşaçılara təqdim ediləcək. Proqramda böyük sevgi və rəğbət qazanmış ekran əsərlərindən olan musiqi nümunələri parlaq rəqs ifaları, xoreoqrafik kompozisiyalar məşhur filmlərdən fraqmentlərlə müşayiət olunaraq, səsləndiriləcək.

 

Mədəniyyət 2022-09-24 16:45:00