×
A
A
A
Sazlamalar

Biləsuvarda “Tolerantlıq və multikulturalizm dövlət siyasətinin tərkib hissəsi kimi” mövzusu müzakirə olunub

Bakı, 24 sentyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tolerantlıq və multikulturalizm dövlət siyasətinin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, tolerantlıq və multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu cür maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin vacibliyi də diqqətə çatdırılıb.

Cəmiyyət 2022-09-24 16:41:00