×
A
A
A
Sazlamalar

Sentyabrın 24-də Azərbaycanda COVID-19 əleyhinə 885 doza vaksin vurulub

Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 885 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 245, ikinci doza vaksinlərin sayı 152, üç və daha çox doza vaksinlərin sayı 422, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 66-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 885 min 828, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 380 min 403, ikinci mərhələ üzrə 4 milyon 866 min 780, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 377 min 244, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 401-dir.

 

Səhiyyə 2022-09-24 16:40:00