×
A
A
A
Sazlamalar

Rəşad Məcid: Peşə etikasının pozulmadığı hallarda jurnalistlərin hüquqları qanunla qorunacaq

Bakı, 24 sentyabr, AZƏRTAC

Hazırda informasiya məkanı çox genişlənib. Jurnalistlərin etik davranış qaydaları ilə yeni kodeks qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bunu Mətbuat Şurasının yeni sədri Rəşad Məcid jurnalistlərə açıqlamasında deyib.
Rəşad Məcid bildirib ki, yaxın günlərdə media reyestri fəaliyyətə başlayacaq və peşəkar jurnalist fəaliyyəti ilə məşğul olanlar müəyyən ediləcək. Qalanlar media haqqında qanuna uyğun öz fəaliyyətlərini davam etdirəcəklər.
Mətbuat Şurasının sədri vurğulayıb ki, jurnalist fəaliyyətinin və peşə etikasının pozulmadığı hallarda jurnalistlərin hüquqları qanunla qorunacaq.

Cəmiyyət 2022-09-24 16:37:00