×
A
A
A
Sazlamalar

Şəhidlərimiz Elnur Səmədov, Nihad Qasımov və Namiq Məmmədlinin ailələri ziyarət olunub

Bakı, 24 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələrinə ziyarətləri davam edir. Növbəti görüşlər Sumqayıt şəhərində şəhid Səmədov Elnur Sədaqət oğlunun, Şəki rayon Kiçik Dəhnə kəndində şəhid Qasımov Nihad Mehman oğlunun və Bərdə rayonu Təhlə kəndində şəhid Məmmədli Namiq Ağəmməd oğlunun ailəsində olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin əməkdaşları görüşlərdə dövlətimiz tərəfindən görülən sosial dəstək tədbirləri barədə ətraflı məlumat veriblər. Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda döyüşlərdə canından keçmiş qəhrəman Vətən övladlarının xatirələrinin əbədi olaraq qəlbimizdə yaşayacağı vurğulanıb.
Şəhid ailələrinin üzvləri onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər.

Sosial 2022-09-24 16:27:00