×
A
A
A
Sazlamalar

Şərurda təşkil edilən dekorativ tətbiqi sənət təlimi maraqla qarşılanıb

Şərur, 24 sentyabr, AZƏRTAC

Dekorativ tətbiqi sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə Şərur rayonunda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında təlim keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan təlimdən öncə çıxış edən rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sürəyya Bəşirova tədbirin əhəmiyyətindən bəhs edib. Komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə reallaşdırılan tədbirlər çərçivəsində, xüsusən evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması məqsədilə sosial layihələr həyata keçirilir. Bu gün təşkil olunan dekorativ tətbiqi sənət təlimi də görülən işlərin davamıdır.
Sonra istedadlı qadın Səkinə Qarayeva təlimi əyani vəsaitlərdən istifadə etməklə davam etdirib, sənətkarlıq sahəsi ilə bağlı sualları cavablandırıb.

Regionlar 2022-09-24 16:05:00