×
A
A
A
Sazlamalar

Rusiya müdafiə nazirinin müavini vəzifəsindən azad edilib

Moskva, 24 sentyabr, AZƏRTAC

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov vəzifəsindən azad edilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin maddi-texniki təminatına görə məsul olan D.Bulqakovun başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edildiyi bildirilir.
Onu bu vəzifədə Milli Müdafiənin İdarə Olunması Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev əvəz edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva 

Dünya 2022-09-24 15:25:00