×
A
A
A
Sazlamalar

Türkiyədə miqrantları daşıyan qayıq batıb

Ankara, 24 sentyabr, AZƏRTAC

Çanqqala vilayətinin Ayvacık rayonunun sahil sularında miqrantları daşıyan qayıq batıb.
AZƏRTAC xəbər verir ki, əraziyə xilasedici dəstələr cəlb olunub. Bildirilir ki, axtarış-xilasetmə işləri nəticəsində suda batmaq təhlükəsində olan 14 nəfər xilas edilib. Bir nəfərin cəsədi çıxarılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-09-24 15:21:00