Türkiyənin və Gürcüstanın xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə ediblər
Tbilisi, 24 sentyabr, AZƏRTAC
Türkiyənin və Gürcüstanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və İliya Darçiaşvili Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində görüşüblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri, yüksək səviyyəli qarşılıqlı səfərlər və onların nəticələrinə dair müzakirələr aparılıb.
Nazirlər Gürcüstan ilə Türkiyə arasında beynəlxalq formatlarda əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini də nəzərdən keçiriblər.
Söhbət zamanı Gürcüstanın və Türkiyənin iştirakı ilə uğurlu regional əməkdaşlıq formatlarına və bu istiqamətdə səylərin gücləndirilməsinin zəruriliyinə toxunulub.
XİN başçıları regionda mövcud təhlükəsizlik mühitini nəzərdən keçirib və regionun davamlı inkişafı üçün sabitlik və sülhün vacibliyini vurğulayıblar.
İliya Darçiaşvili Borjomi vadisində yanğınsöndürmə işləri zamanı Türkiyənin dəstəyinə görə təşəkkür edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 300 milyon dollarlıq yardım layihəsini təsdiqləyib
“Airbus” Çində istehsalını genişləndirir
ABŞ Müdafiə Nazirliyi kütləvi qırğın silahlarına qarşı mübarizə strategiyasını açıqlayıb
Baydenin ən yaxın köməkçiləri məxfi sənədlərlə bağlı dindirilib