Ə.Ə.Amaşovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında medianın inkişafında xidmətlərinə görə Əflatun Əhməd oğlu Amaşov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.