×
A
A
A
Sazlamalar

Qaxın qarğıdalı sahələrində orta məhsuldarlıq 75 sentner təşkil edir

Qax, 24 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qaxlı fermerlər bu il 1556 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək 920 hektar sahənin məhsulu yığılıb, 6907 ton dən qarğıdalı istehsal olunub. Hər hektarda orta məhsuldarlıq 75 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, bu il rayonun təsərrüfatlarında 317 hektarı dən, 410 hektarı yaşıl yem üçün olmaqla, 727 hektar sahədə təkrar qarğıdalı əkini də aparılıb. İndiyədək yem üçün əkilmiş sahənin 30 hektarı biçilib, 750 ton yaşıl yem istehsal olunub.

Kənd təsərrüfatı 2022-09-24 14:15:00