×
A
A
A
Sazlamalar

Hindistanda şiddətli yağışlar və ildırım 36 nəfərin həyatına son qoyub

Bakı, 24 sentyabr, AZƏRTAC

Hindistanda son 24 saatda şiddətli yağışlar və ildırım düşməsi nəticəsində 36 nəfər ölüb.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, ölənlərin 12 nəfəri ildırım çaxmasının, 24 nəfəri isə aramsız yağan yağışların qurbanı olub.
Əyalət hökuməti insanların fırtına zamanı özlərini necə qoruya biləcəklərinə dair yeni təlimatlar dərc edib.
Qeyd edək ki, Hindistanda 2016-cı ildə ildırım vurması nəticəsində 1489 nəfər ölüb, ötən il isə bu rəqəm 2869-a yüksəlib.

 

Dünya 2022-09-24 14:16:00