Xızıda mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması müzakirə olunub
Xızı, 24 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonunda mülki müdafiə vəziyyətinin kompleks yoxlanılmasına dair müşavirə keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirənin keçirilməsində məqsəd mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması istiqamətində Xızı rayonu ərazisində fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, o cümlədən yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsindən ibarət olub.
Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Xızı Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun əhatə etdiyi ərazidəki idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiəyə cavabdeh şəxsləri (qərargah rəisləri) iştirak ediblər.
Müşavirədə çıxış edən Sumqayıt Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Rafiq Həsənov mülki müdafiə işində səmərəliliyin daha da artırılması məqsədilə xüsusi diqqət yetirilməli məqamlar barədə geniş məlumat verib, bu sahədə qurumlararası qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə rayonda mülki müdafiə işinin təşkili ilə bağlı məsələlər geniş müzakirə olunub, yaranmış suallar ətraflı cavablandırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Şabranda vətəndaşlarla görüşəcək
MDU-da mediasiya ilə bağlı maarifləndirici tədbir keçirilib
Füzulidə ağacəkmə aksiyasında 100 ədəd Eldar şamı və sərv ağacı əkilib
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İmişlidə vətəndaşların ərizə və şikayətlərinə baxıb