×
A
A
A
Sazlamalar

Siyəzəndə şahmat turnirinin qalibləri müəyyənləşib

Siyəzən, 24 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Siyəzən Gənclər Mərkəzində 27 Sentyabr - Anım gününə həsr olunmuş şahmat turnirinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirdə Siyəzən və Şabran rayonlarını təmsil edən 30-a yaxın yeniyetmə və gənc şahmatçı mübarizə aparıb.
Yarış Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin gənc nəsil arasında təbliği, yeniyetmə və gənc şahmatçıların oyun təcrübəsinin və idman ustalığının artırılması, həmçinin Siyəzən və Şabran şahmatçıları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyıb.
Oyunların nəticəsinə əsasən qalib gələn şahmatçılar fəxri fərmanlarla təltif olunublar.

 

Regionlar 2022-09-24 13:30:00