×
A
A
A
Sazlamalar

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və UNEC sosial sahədə birgə əməkdaşlığa başlayır

Bakı, 24 sentyabr, AZƏRTAC

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnklüziv Təhsil Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Məqsəd ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqlar, qazi və şəhid ailələrinin övladları, əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxslərin peşə hazırlığına əlçatanlığını təmin etmək, onların iş imkanlarını genişləndirmək, bu sahədə bərabər imkanlar yaratmaqdır.
Mərkəzin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sənədə əsasən, ali təhsil ocağının professor-müəllim heyəti mərkəzdə təlim alan həssas əhali qrupuna aid şəxslər üçün təlim prosesinə cəlb olunacaq. Əməkdaşlıq çərçivəsində universitetin pedaqoji və müəllim heyətinin iştirakı ilə biznesin təşkili, menecment, mühasibatlıq, bank işi, maliyyə, xarici dillər və digər tələblərə uyğun istiqamətlər üzrə təlimlərin təşkili nəzərdə tutulur. Razılaşma sənədi qarşılıqlı təcrübə mübadiləsi və korporativ əməkdaşlıq məsələlərini, bu xüsusda müştərək layihələrin və innovativ təşəbbüslərin təşkili ilə bağlı birgə fəaliyyəti əhatə edir.

Sosial 2022-09-24 13:28:00