×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidmətində futbol turnirinin qalibləri mükafatlandırılıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətində (DMX) Xidmətin yaradılmasının 15-ci ildönümü münasibətilə təsdiqlənmiş illik tədbirlər planına əsasən əməkdaşlar arasında başa çatmış futbol turnirinin qalib və mükafatçılarının təltif edilməsi mərasimi keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, iştirakçıları təbrik edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyev yarışlarda əsas məqsədin əməkdaşların asudə vaxtını birlikdə səmərəli təşkili, onlar arasında komanda ruhunu gücləndirmək və sağlam həyat tərzinin təbliği olduğunu söyləyib.
Sonra turnirin baş mükafatı Xidmət rəisinin müavini Elman Əliyev tərəfindən Bakı şəhər regional miqrasiya baş idarəsinin “Bakı RMBİ” komandasına təqdim edilib. Final matçının iştirakçılarına diplomlar verilib.
Qeyd edək ki, DMX-nin Həmkarlar İttifaqı Komitəsinin iştirakı ilə keçirilmiş yarışlarda Xidmətin müxtəlif struktur bölmələrinin komandaları qüvvəsini sınayıb. Turnirin final matçında Bakı şəhər regional miqrasiya baş idarəsinin “Bakı RMBİ” komandası ilə Xidmətin “Veteranlar” kollektivi qarşılaşıb.
Maraqlı anlarla yadda qalan görüşdə “Bakı RMBİ” komandası 4:1 hesabı ilə qalib gələrək turnirin baş mükafatını qazanıb.

 

 

Cəmiyyət 2022-09-24 13:21:00